Fevralın 11-də Akademik Milli Dram Teatrının səhnəsində “Sənsiz” adlı tamaşa yenidən teatrsevərlərə təqdim ediləcək.
Kulis.az xəbər verir ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadədir.
Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edir.
- Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək
- Subaylara fahişə pulu verilsin TÜRKİYƏDƏ ŞOK TƏKLİF
- Məşhur azərbaycanlı yazıçı vəfat etdi
“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların hekayəsindən bəhs edir.
Biletləri şəhərin bütün kassalarından və iTicket.Az saytından əldə etmək mümkündür.