#

“Karmen” operası nümayiş olunacaq

“Karmen” operası nümayiş olunacaq
18 noyabr 2022
# 17:20

19 noyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Karmen” operası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, operanın dirijoru Əməkdar artist Əyyub Quliyevdir.

Böyük fransız bəstəkarı Corc Bizenin ərsəyə gətirdiyi bu operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülüb. Opera 1874-cü ildə yazılıb və premyerası 3 mart 1875-ci ildə Parisdə, “Opera-Komik”də baş tutub.

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

# # #