Sənədli filmin inkişafı və pitçinq - Layihə

Sənədli filmin inkişafı və pitçinq - Layihə
1 aprel 2025
# 18:00

Azərbaycan Kinematoqrafçılar İttifaqı “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu açıq elan edir.

Kulis.az xəbər verir ki, təlimin dili ingilis dili olduğu üçün layihəni təqdim edən heyətdən ən azı bir nəfərin ingilis dilini bilməsi şərtdir.

Qəbul və dərslər ingilis dilində olacaq.

Pitçinqdə qalib olan layihələr pul mükafatı ilə təltif ediləcəklər.

Layihə 22-28 aprel tarixlərində baş tutacaq.

Qeyd edək ki, 17 aprel müraciət üçün son qəbul günüdür.

aki.az

# 173 dəfə oxunub

Müəllifin son yazıları

# # #