“Yuğ” Əhmədliyə köçürülməyəcək - QƏRAR

“Yuğ” Əhmədliyə köçürülməyəcək - QƏRAR
21 yanvar 2016
# 15:11

“Teatr Əhmədliyə köçürülməyəcək”. Bu barədə Kulisə açıqlamasında Azərbaycan Dövlət “Yuğ” teatrının direktoru Tərlan Rəsulub söyləyib.

O bildirib ki, teatrın köçməsi üçün müvafiq məkan axtarılır: “Əhmədliyə köçürülmək dəqiq deyildi. O söhbəti kim çıxarmışdı bilmirəm. Hazırda nazirliklə birlikdə müvafiq məkan axtarırıq.”

Direktor daha sonra əlavə edib ki, yeni məkan şəhərin mərkəzində olacaq: “Tamaşaçıları və işçilərimizi nəzərə alaraq istəyirik yeni məkan şəhərin mərkəzində olsun. Biz dövlət teatrı kimi mədəniyyət nazirliyinə tabeyik. Binanın saxlanılıb-saxlanılmamasına isə başqa dövlət qurumu nəzarət edir. Buna görə də binanın taleyi barədə heç nə deyə bilmərəm.”

# 1178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #