Səməd Vurğun gecəsi keçirilib

Səməd Vurğun gecəsi keçirilib
3 aprel 2024
# 09:05

Bakıdakı Rus Evində böyük Azərbaycan şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun yaradıcılığına həsr olunmuş musiqili poeziya gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, poeziya gecəsində “Lalələr” uşaq ansamblı, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin şagirdləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları, eləcə də gənc şairlər çıxış ediblər.

Qeyd edək ki, “Kitablar və yubilyar yazıçılar” ədəbi layihəsinin qaliblərinə diplomları tədbirin fəxri qonağı, Səməd Vurğunun nəvəsi, respublika və beynəlxalq müsabiqələr və festivallar laureatı Vurğun Vəkilov təqdim edib.

# 594 dəfə oxunub

Müəllifin son yazıları

# # #