Azərbaycan filmi Avstriyada beynəlxalq kino festivalında

Azərbaycan filmi Avstriyada  beynəlxalq kino festivalında
14 oktyabr 2023
# 12:30

“Ultra” Production”un istehsalı olan “Məhvolma” qısametrajlı bədii filmi Avstriyada beynəlxalq film festivalında nümayiş edilib.

Kulis.az xəbər verir ki, Lints Beynəlxalq Qısametrajlı Film Festivalında baş tutan nümayiş ekran əsərinin Avropada premyerası olub.

Əsas rolları Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli oynayıb.

Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır.

# 631 dəfə oxunub

Müəllifin son yazıları

# # #