Səlim Babullaoğlu Beynəlxalq Akademiyanın həqiqi üzvü seçildi

Səlim Babullaoğlu Beynəlxalq Akademiyanın həqiqi üzvü seçildi
24 sentyabr 2024
# 14:51

Şair, esseist, tərcüməçi Səlim Babullaoğlu “ədəbi fəaliyyətinə və yaradıcı bioqrafiyasının məziyyətlərinə görə” Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilib və fəxri diplomla təltif olunub.

Kulis.az xəbər verir ki, Seneqal şairi, filosof və siyasətçisi, “Afrika ruhu” nəzəriyyəsinin banilərindən biri, XX əsr Afrika intellektuallarından sayılan, panafrikanizmin, ümumdünya sosial-demokratiya hərəkatı sağ qanadının görkəmli təmsilçisi, Seneqal və Maliyə rəhbərlik etmiş Leopold Sedar Senghorun adını daşıyan beynəlxalq təsisatın - Akademiyanın baş ofisi İtaliyanın Milan şəhərində yerləşir, rəhbəri prof. dok. Şeyk Tidian Qaydır. Babullaoğlunun namizədliyini Mihay Eminesku Akademiyasının prezidenti, Nobel Akademiyasının eksperti, tanınmış rumın şairi İon Deakonesku irəli sürüb.

Diplomun təqdimat mərasimi 2025-ci ilin mayında baş tutacaq.

Səlim Babullaoğlu açıqlamasında qərarın 2023-cü ilin avqustunda verilsə də, bu haqda məlumatsız olduğunu, xəbəri yaxın günlərdə aldığını deyib: “Əlbəttə ki, bu xəbərdən məmnunam. Cənab İon Deakoneskuya, onun təklifini dəstəkləyən adamlara, o cümlədən, cənab Tidian Qaya təşəkkür edirəm”.

Akademiyanın saytı:

www.accademiainternazionalesenghor.com

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

# # #