Conni Depp Hollivudu kənd həyatına dəyişdi

Conni Depp Hollivudu kənd həyatına dəyişdi
27 mart 2023
# 17:30

“Karib dənizinin quldurları” filminin ulduzu Conni Depp Hollivuddansa ingilis kəndlərində tənha həyatı üstün tutduğunu deyib.

Kulis.az xəbər verir ki, 'Somerset Life" jurnalına verdiyi müsahibədə aktyor hazırda Somersetdə yaşadığını açıqlayıb.

"Düzünü desəm, mən olduqca utancaq insanam. Britaniya və xüsusilə Somersetin ən gözəl cəhətlərindən biri budur ki, mən burada sadəcə özüm ola bilərəm. Bu gözəldir. İndi selfie çəkmək istəyənlərin əhatəsində olmadan da alış-verişə gedə bilirəm”, - deyə Depp qeyd edib.

Məlumata görə, aktyor 2014-cü ildə Londondan avtomobillə təxminən üç saat yarımlıq məsafədə yerləşən Somersetdə 13 milyon funt-sterlinq dəyərində mülk alıb. 'Somerset Life" sənətçinin mülkünü 850 hektar əraziyə yayılmış və divarlı bağlarla əhatə olunmuş "böyük mülk" kimi təsvir edib.

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

# # #