Səlim Babullaoğlu üzvlük diplomu ilə təltif edildi

Səlim Babullaoğlu üzvlük diplomu ilə təltif edildi
24 sentyabr 2024
# 14:51

Şair, tərcüməçi Səlim Babullaoğlu Leopold Sedar Senqor Akademiyasının üzvlük diplomu ilə təltif olunub.

Kulis.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində məlumat verib:

"Bunu mənə az əvvəl göndərdilər. Belə başa düşdüm ki, 2023-cü ildə baş verib bu hadisə. Seneqal şairi, filosof və siyasətçisi, “Afrika ruhu” nəzəriyyəsinin banilərindən biri, XX əsr Afrika intellektuallarından sayılan, panafrikanizmin, beynəlxalq sosial-demokratiya hərəkatı sağ qanadının görkəmli təmsilçilərindən olan Seneqal və Maliyə rəhbərlik etmiş Leopold Sedar Senqorun adını daşıyan beynəlxalq təsisatın - Akademiyanın diplomudur. Üzvlük diplomu. Minnətdarlıq edirəm".

Bir 1 nəfər və mətn şəkili ola bilər

# 126 dəfə oxunub

Müəllifin son yazıları

# # #