Elmar Hüseynov: “Son görüş”-Ən qısa hekayə

Elmar Hüseynov: “Son görüş”-Ən qısa hekayə
26 dekabr 2013
# 12:00

Kulis.az Elmar Hüseynovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Son görüş” (452 işarə) hekayəsini təqdim edir.

Bu son görüş idi... Onu son dəfə görəcəkdi. O mütləq gəlməli idi. Həmişəki kimi əlini çiyninə qoyub divarın hündür yerindən aşağı tullanacaqdı... İsti nəfəsini hiss edəcəkdi... Onu bağrına basacaqdı. Bunu düşündükcə ürəyi qan ağlayırdı... Artıq bir ömür sevdiyi ilə vidalaşacaqdı...Bu gün onun toyu idi...

Elə bu düşüncələrdə ikən gözlənilmədən arxadan çiyninə bir əl toxundu. Ani bir sürətlə dönüb qucaqladı və ağlamağa başladı...

Kənardan baxanlar gülməli bir mənzərə ilə qarşılaşdılar. Bir dəli iti qucaqlayıb ağlayırdı...

# 2243 dəfə oxunub

Müəllifin son yazıları

# # #