Gültən Qədirli: “Çiçəkləyən qarağac” Ən qısa hekayə

Gültən Qədirli: “Çiçəkləyən qarağac” Ən qısa hekayə
20 dekabr 2013
# 09:00

Kulis.Az Gültən Qədirlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çiçəkləyən qarağac” (438 işarə) hekayəsini təqdim edir.

Qızları məktəbə getmişdi. Ana həyətə düşdü. Bu məhləyə iki il əvvəl köçmüşdülər. Əkdikləri ağaclar çiçək açmışdı. Ana heyva ağacının budağını əyib çiçəyi qoxuladı. Çəpərin dibindəki qarağacda ağ çiçəkləri görüb heyrətləndi.

“Qarağac çiçək açmır axı. Bəlkə səhv etmişəm, bu qarağac deyil”.

Yox, qarağac idi, üstündə də ağappaq gilənar çiçəyi.

O indi xatırladı. Dünən balaca qızı çiçəkləmiş gilənarları görüb demişdi:

- Çəpərin dibindəki ağaca yazığım gəlir.

Gilənar çiçəyini qarağacın budağına qızı asmışdı.

# 3097 dəfə oxunub

Müəllifin son yazıları

# # #