Şəki Regional Mədəniyyət İdarəsi ilə bağlı qalmaqal araşdırılır

Şəki Regional Mədəniyyət İdarəsi ilə bağlı qalmaqal araşdırılır
2 iyun 2023
# 16:00

Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nurəli Ramazanov və müvəqqəti rəis Ağaəli Cəlilov arasında yaşanan qalmaqal Mədəniyyət Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən araşdırılır.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.

“Nəticələr haqqında əlavə məlumat veriləcək”, - nazirliyin cavabında vurğulanır.

Qeyd edək ki, Şəki Regional Mədəniyyət İdarəsinin müvəqqəti rəisi ilə əməkdaş arasında yaşanan qalmaqal əməkhaqqı ilə bağlıdır. Belə ki, rəqs müəllimi olan Nurəli Ramazanov ona ödəniləcək məvacibin verilmədiyini bildirib. O, əks təqdirdə özünü öldürəcəyi ilə qarşı tərəfi təhdid edib.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #