Şəhriyarın xatirəsinə həsr olunan sayt təqdim olunacaq

Şəhriyarın xatirəsinə həsr olunan sayt təqdim olunacaq
20 may 2023
# 12:58


Mayın 21-də “Palmali” Şirkətlər Qrupunun maliyyələşdirdiyi, Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet saytının təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Fərid Azəri məlumat verib.
Bildirib ki, mərasimdə jurnalistlərlə yanaşı, ictimaiyyət nümayəndələri, eləcə də şairin yaradıcılığına yaxından bələd olan şəxslər iştirak edəcək.
Tədbirin əvvəlində mətbuat nümayəndələri üçün müsahibə də nəzərdə tutulub.
Qeyd edək ki, saytda şairin həyatının müxtəlif dövrlərində verdiyi audio-video müsahibələr, Azərbaycan Dövlət Radiosunda vaxtilə Aydın Qaradağlı və Gültəkin Cabbarlının böyük ustada həsr etdiyi verilişlə yanaşı, həm də Türkiyə və İran televiziyalarında Şəhriyardan bəhs edən proqramların audio-video yazıları, ustadın şeirlərini səsləndirdiyi audiovizual materiallar, əlyazmalar, eləcə həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər toplanıb.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #