Xalq şairinin ikinci ayağı da amputasiya olunub

Xalq şairinin ikinci ayağı da amputasiya olunub
5 aprel 2016
# 15:29

Xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunub.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairinin ikinci ayağı da amputasiya edilib.

Onun sözlərinə görə, Söhrab Tahirin ayaqlarında qanqrena getdiyi üçün əməliyyat qaçılmaz olub: “Həkimlər şairin sol ayağını da amputasiya ediblər. Söhrab Tahiri artıq palataya köçürüblər. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

# 1095 dəfə oxunub

Müəllifin son yazıları

# # #