Rusiyanın "Directly Kakha. Another Film" filmi ötən həftə sonu 152,3 milyon rubl yığaraq Rusiya Federasiyası və MDB ölkələrində kassa lideri olub.
Kulis.az xəbər verir ki, bu barədə kinobusiness.com portalının bazar ertəsi mayın 25-dən 28-dək olan məlumatlarında qeyd olunub.
Xatırladaq ki, Viktor Şamirovun filmi müxtəlif problemlərlə üzləşən Kaxa və Serqonun dostluğundan bəhs edir.