Şair Kəramət Şükürov küçədə ölü tapıldı

Şair Kəramət Şükürov küçədə ölü tapıldı
13 avqust 2025
# 22:45

Şair, jurnalist Kəramət Şükürov küçədə ölü tapılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov məlumat verib.

Yasamal Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma başladılıb.

APA-nın əldə etdiyi məlumata görə, şairin ölümündə kriminal hal yoxdur, adi ölüm hadisəsi baş verib.

O, bu gün saat 19-20 radələrində vəfat edib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.

# 517 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər