Kitab sərgisi

Şair Əlisəmid Kür xəstəxanadan evə buraxılıb - Vəziyyəti ağırdır

Şair Əlisəmid Kür xəstəxanadan evə buraxılıb - Vəziyyəti ağırdır
5 oktyabr 2025
# 10:00

Şair Əlisəmid Kür ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu.

"Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub", - məlumatda vurğulanıb.

***

Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib.

Kulis.az xəbər verir ki, barədə APA-ya şairin qızı Aynur Mehdiyeva bildirib. Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.

“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər