Şahmat haqqında bilmədiklərimiz

Şahmat haqqında bilmədiklərimiz
15 mart 2022
# 19:40

Kulis.az ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "İncəsənət və fiziki tərbiyə" fənn birləşməsi kafedrasının fiziki tərbiyə müəllimi Nigar Telman qızı Qaragözovanın “Dahilər və şahmat” yazısını təqdim edir.

İnsanlar tərəfindən icad olunan oyunların içərisində elə bir oyun var ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Yəqin ki, söhbətin şahmatdan getdiyi məlumdur.

Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində keçirilən əyləncəli, heç bir gizli məlumatı özündə əks etdirməyən, rəqabətli strateji oyun növüdür. Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə şahmat Hindistanda yaradılmış və daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılmışdır. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı.

İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.

Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.

Şahmat iki tərəfin – ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur. Şahmat lövhəsi 64 – 32 ağ və 32 qara xanadan ibarətdir.

İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.

Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steyinitz olmuşdur. Sonradan dünya çempionları bu ardıcılıqla olmuşdur: Emanuel Lasker, Xose Raul Kapablanka, Aleksander Alyoxin, Maks Eyve, Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski, Rober Fişer, Anatoli Karpov, Harri Kasparov, Vladimir Kramnik, Veselin Topalov. Sonuncu dünya çempionu hindistanlı Visvanathan Ananddır.Lakin qeyd etmək lazımdır ki,şahmat çempionlarının

tanınmasında problemlər var.Çünki 90-cı illərin ortalarında dünya şahmat tacının sahibi uğrunda iki – FİDE xətti və Harri Kasparovun təşkilatçılığı ilə yaranan təşkilatın xətti ilə yarışlar keçirilirdi.Bu isə eyni zamanda dünyada iki şahmat çempionunun olmasına gətirib çıxarmışdı.Lakin 2005-ci ildən etibarən şahmat çempionları yalnız FİDE xətti ilə müəyyən olunur.

Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.

Нет описания.

# 10011 dəfə oxunub

Müəllifin son yazıları

# # #