“Sadəliyin dözülməz gözəlliyi” kitabı çap olundu

“Sadəliyin dözülməz gözəlliyi” kitabı çap olundu
12 aprel 2022
# 11:00

Filosof Müşfiq Ötgün və şair Rauf Qaraişığın birgə yazdıqları kitab işıq üzü görüb.

Kitabın müəlliflərindən biri – Müşfiq Ötgünün Kulis.az-a verdiyi məlumata görə, “Azəri Nəşriyyatı” tərəfindən yenicə çapdan çıxan “Sadəliyin dözülməz gözəlliyi” kitabı qürbətdə yaşayan iki yazar tərəfindən qələmə alınmışdır. İngiltərədə yaşayan şair Rauf Qaraişıq və Türkiyədə yaşayan filosof Müşfiq Ötgünün fərqli mövzularda yazışmaları kimi yaranan kitabda əsas mövzu təbii ki, Vətəndir. Bilinən və bilinməyən gözəlliyi və dərdləri ilə.

Müşfiq Ötgün daha sonra bunları söyləyib:

“Qısa söhbətlər kimi boxçalanan fəsillərdə mənəviyyat, fəlsəfə, ədəbiyyat, kino, tərcümə, Şərq-Qərb, texnosivilizasiyanın gələcəyi kimi mövzular ələ alınmışdır. Yazarlar bu kitabda gördüklərindən, tanıdıqlarından, oxuduqlarından, müəllimlərindən və əlbəttə ki, doğma şəhərləri olan Sumqayıtdan bol-bol söhbət açmışlar. Kitabı səhifələdikcə, burada V.Vısotski, Kastaneda, L.Tolstoy, Asif Ata, Xan Rəsuloğlu, Selincer, B. Pasternak, Taqor, Akif Səməd, K.Marks, Edison, Tesla kimi çox fərqli adlara rast gəlmək olar. Hiss olunur ki, müəlliflər özlərini heç bir mövzu ilə məhdudlaşdırmamışlar. Kitab müəlliflərin özlərinin qeyd etdikləri kimi epistolyar janrda, akademizmdən uzaq bir dildə yazılmış fəlsəfə kitabıdır. Əsas mesajları sadə həqiqətlərin gözəlliyi barədə olan fəlsəfə kitabı”.

Нет описания.

# 1947 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #