Nikol Kidmanın yeni filminə baxmağa "cəsarəti" çatmır

Nikol Kidmanın yeni filminə baxmağa "cəsarəti" çatmır
30 avqust 2024
# 11:00

Oskar mükafatı laureatı, aktrisa Nikol Kidmanın yeni filmi gələn həftə Venesiya Film Festivalında nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, o, yeni filminə baxa biləcəyinə əmin deyil:

"Məndə bir hiss var. Bəli, film böyük ekranda insanlarla izlənmək üçün çəkilib. Amma bu film çox cəsarətlidir. Məndə o cəsarət varmı, bilmirəm".

Nikol Kidmanın yeni filminə baxmağa "cəsarəti çatmır" - 2

Kidman etiraf etdi ki, filmdəki bəzi səhnələr hər kəsin görə biləcəyi səhnələr deyil.

Film Nyu-Yorkda yaşayan şirkət sahibi Romi ilə təcrübəçisi arasında olan münasibət haqqındadır.

Filmdə, həmçinin, Sofi Uayld, Antonio Banderas, Jan Reno kimi sənətçilər də çəkiliblər.

Ülvi Bahadır

# 256 dəfə oxunub

Müəllifin son yazıları

# # #