“Saçları səməni oğlan” tamaşası nümayiş olunacaq

"Saçlar səməni oğlan" tamaşası

"Saçlar səməni oğlan" tamaşası

18 mart 2022
# 18:40

Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin "Saçları səməni oğlan" uşaq pyesi əsasında Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Respublikanın Xalq artisti Şirzad Abutalıbovdur.

Kulis.az xəbər verir ki, sözügedən səhnə əsəri kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulub və xalqımızın milli bayramı Novruza həsr olunub. Müasirliyi, orijinal və maraqlı süjet xətti ilə seçilən tamaşada yeni milli nağıl qəhrəmanları yer alıb və xalqımızın mədəniyyətinin, milli adət-ənənələrinin təbliği, uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda böyüməsi əsas məqsəd kimi önə çəkilib.

Tamaşa 2022-ci il 22-24 mart tarixlərində Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq.


# 1788 dəfə oxunub

Müəllifin son yazıları

# # #