Rusiyanın Xalq artisti Bakıda çıxış edəcək

Rusiyanın Xalq artisti Bakıda çıxış edəcək
17 avqust 2023
# 11:50

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Kulis.az xəbər verir ki, rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.

Vitorqanın bu tamaşası mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.

Rusiyanın teatr və kino aktyoru Emmanuil Vitorqan müxtəlif filmlərdə unudulmaz obrazlar yaradıb.

# 891 dəfə oxunub

Müəllifin son yazıları

# # #