Xalq şairi Ramiz Rövşənin alman dilinə tərcümə olunmuş “Yağış yuyur, gün qurudur” şeiri Avstriyanın populyar “Schreib Was” ədəbiyyat jurnalında yayımlanıb.
Kulis.az-ın verdiyi xəbərə görə, jurnalda şairin yaradıcılığı haqqında məlumat da yer alıb.
Xatırladaq ki, şeir Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində işıq üzü görüb.
- “Anamla dolu gecələr” – Həyat Şəmi şeirlərini oxuyur...
- Tanımadığı adamları ölümdən xilas etdi, qadınlar ona görə piket keçirdi - Stomatoloqun "öldürdüyü" məşhur aktyor
- "Atamı KQB öldürdü..." - "Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
Şeirin orijinalını təqdim edirik.
Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.
...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...