Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti vəfat etdi
29 aprel 2025
# 16:00

Rusiyanın Əməkdar artisti Aleksey Krıçenkov vəfat edib.

Kulis.az xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Krıçenkov 62 ildən artıq Rusiya Ordusunun Mərkəzi Akademik Teatrında (TsATRA) çalışıb. O, həmçinin 2-ci dərəcəli “Vətənə sədaqət” ordeni və “Mədəniyyət və incəsənətə xidmətə görə” medalı ilə təltif edilib. Krıçenkov məşhur "Külək", “Qızlar”, “İstintaq ZnaToKi tərəfindən aparılır” layihələrində rolları olub. O, karyerası ərzində 20-dən çox obraz canlandırıb.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #