Rusiyanın əməkdar artisti vəfat etdi

Rusiyanın əməkdar artisti vəfat etdi
5 aprel 2023
# 09:55

Rusiyanın əməkdar artisti, “Moderna” teatrının aktyoru və dublyaj ustası Vladimir Levaşev 72 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə mədəniyyət müəssisəsinin rəsmi saytında məlumat verilib.

“Parlaq aktyor və parlaq bir insan aramızdan ayrıldı. Onun xatirəsinə teatrın birinci zalı Vladimir Levaşev zalı adlandırılacaq ", - deyə "Moderna"nın bədii rəhbəri Yuri Qrımov qeyd edib.

Levaşevin ölüm səbəbi hələ açıqlanmayıb.

V.Levaşev 1950-ci il iyunun 18-də anadan olub. Məktəbi bitirdikdən sonra Çexov adına Moskva Bədii Akademik Teatrının Məktəb-studiyasına daxil olub. İyirmi ildən artıq teatr səhnəsində çoxlu sayda obrazları canlandıraraq xidmət edib. Sənətçi “Balaca şahzadənin səyahəti”, “Köhnə ev” və digər tamaşalarda çıxış edib.

Aktyor həm də diktor və yerli dublyaj ustası kimi tanınıb. O, Marvel filmlərində bir çox personajları səsləndirib. Levaşev eyni zamanda “Xaç atası”, “Əkiz zirvələr”, “Böyük Qetsbi” və digər filmlərində qəhrəmanların səsi olub.

# 858 dəfə oxunub

Müəllifin son yazıları

# # #