Sepidex Ağayeva: "Sevilməyən sevişmək" Ən qısa hekayə

Sepidex Ağayeva: "Sevilməyən sevişmək" Ən qısa hekayə
24 dekabr 2013
# 18:00

Kulis.Az Sepidex Ağayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sevilməyən sevişmək” (359 işarə) hekayəsini təqdim edir.

Ən məharətli işi həyətlərində uçub batmağa az qalan tualetə girib, hönkür-hönkür ağlamaq olurdu. Gözündə canlanan və heç vaxt itməyən o gecə, o sevişmək onu min il dala ataraq hüzünləndirirdi.

Hər insanın bir gic ümidi olduğu kimi, bu qadın da bizdən dala qalmırdı, düşünürdü, bəlkə nə vaxtsa o kişi də Tanrını gördü. Gözləyirdi, amma Tanrı gəlmirdi, biçarənin xəbəri yox idi ki, Tanrı gəlməyəcək, gəlsə də onu görməyəcək...

# 1861 dəfə oxunub

Müəllifin son yazıları

# # #