Rusiya telekanalı azərbaycanlı aktyorların iştirakı ilə serial nümayiş etdirəcək

Rusiya telekanalı  azərbaycanlı aktyorların iştirakı ilə serial nümayiş etdirəcək
12 fevral 2024
# 18:40

Rusiyanın “Domaşni” federal telekanalında fevralın 19-dan “Ərik acısı” serialının nümayişinə start veriləcək.

Kulis.az xəbər verir ki, filmdə azərbaycanlı aktyorlar Fuad Şabanov, Rüstəm Cəbrayılov və Hüsniyyə Mürvətova çəkiliblər.

Serial Tatyana İzosimavanın ssenarisi üzrə rejissor Aleksandr Moxov tərəfindən çəkilib.

Süjetə görə baş qəhrəman Anna Voloşina türk klinikasına ürək köçürməsi ilə bağlı müraciət edir. Baş həkim Camal Annaya bir gün əvvəl qəzada həlak olan öz həyat yoldaşının ürəyini köçürmək qərarına gəlir. Bu arada Camalın oğlu evdən qaçaraq anasının ölümündə atasını günahlandırır. Annanın ana qəlbi oğlunu harada axtarmağı “xəbər verir”.

Azertac

# 855 dəfə oxunub

Müəllifin son yazıları

# # #