Məşhur musiqiçi vəfat etdi

Məşhur musiqiçi vəfat etdi
13 oktyabr 2023
# 17:45

Məşhur musiqiçi Bak Trent 85 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, ifaçının ölüm səbəbi hələ açıqlanmayıb.

Bak Trentin uzun və uğurlu karyerası olub.

O, kantri musiqisinin əfsanəvi simalarından biri hesab olunur.

Bak Trent 1970-ci illərin ortalarından 1980-ci illərin sonuna qədər "The Porter Wagoner Show" televiziya şousunda çıxış edib.

Trent karyerası boyu bir çox mükafat və fəxri adlar qazanıb və musiqisi ilə yanaşı səhnə performansları ilə də yadda qalıb.

# 961 dəfə oxunub

Müəllifin son yazıları

# # #