Bütün azərbaycanlıların əzbər bildiyi şeir – Mətn

Bütün azərbaycanlıların əzbər bildiyi şeir – Mətn
24 iyun 2021
# 11:30

Bu gün görkəmli şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anım günüdür. O, 1959-cu ilin bu günü 78 yaşında vəfat edib.

Kulis.az bu münasibətlə uşaq şeirimizin ən yaxşı nümunələrindən olan, bütün azərbaycanlıların əzbər bildiyi “Keçi” şeirini təqdim edir.

Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?

Çoban açınca gözün
Qalar iki buynuzun.

Abdulla Şaiq 1.jpeg

# 2511 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #