Ruhi Əliyeva hüquq-mühafizə orqanlarına müraciət etdi

Ruhi Əliyeva hüquq-mühafizə orqanlarına müraciət etdi
27 iyul 2023
# 16:05

İş xanımı Ruhi Əliyeva feysbukda onun adından dələduzluq edənlərlə bağlı polisə müraciət edib.

Kulis.az xəbər verir ki, Ruhi Əliyeva izləyicilərinə müraciətində saxta profillərdən açılan canlı yayımların onunla əlaqəsi olmadığını deyib:

"Artıq neçə vaxtdır ki, tanımadığım şəxslər Facebook sosial şəbəkəsində mənim adımdan saxta profil açaraq canlı yayımlar həyata keçirirlər. Pul, qiymətli hədiyyələr vəd edərək, insanları aldadırlar. Etirazlarıma baxmayaraq, bu dələduzluq davam edir. Bu səbəbdən Sizlərə müraciət edərək bildirirəm ki, Facebook-da canlı yayım açılan profil mənə aid deyil.

Heç kim bu profildəki dələduzların oyununa aldanmasın, kart hesablarını yollamasın. Onu da bildirim ki, bu dələduzluğun araşdırılması və onu törədənlərin layiqli cəza alması üçün artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Əminəm ki, müvafiq orqanlar mənim adımdan istifadə edilərək qanunsuz əməllər törədənləri müəyyən edəcək və onlar layiqli cəzalarını alacaqlar”.

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

# # #