Rüfət Həmzəyev vəzifəsindən azad edildi

Rüfət Həmzəyev vəzifəsindən azad edildi
31 iyul 2024
# 18:07

AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

Kulis.az xəbər verir ki, AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib. O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır.

Saytın məlumatında o da qeyd edilib ki, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

Qeyd edək ki, R.Həmzəyev bu vəzifəyə 2020-ci ilin fevralında təyinat almışdı.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #