“Romansların inciləri” adlı tədbir keçirildi

“Romansların inciləri”  adlı tədbir keçirildi
5 aprel 2024
# 12:30

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illiyinə həsr olunan konsert keçirilib.

Kulis.az xəbər verir ki, “Romansların inciləri” adlı konsert proqramında Əməkdar artist Fəridə Məmmədova və solist Yuliya Kərimova bəstəkarın yaradıcılığına aid məşhur əsərləri ifa ediblər.

Qeyd edək ki, konsertdən sonra qonaqlar muzeydə nümayiş etdirilən rus incəsənəti ilə tanış olublar.

# 687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #