Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
1 avqust 2024
# 13:23

Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Nəcəfova vəfat edib.

Kulis.az xəbər verir ki, Zemfira xanım 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışırdı.

O, bu teatrın səhnəsində yüzdən çox obraz canlandırıb.

Həmçinin, bir neçə film və serialda da rol alıb.

Səhnə fəaliyyətindəki uğurlarına görə 2015-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #