Aktyor Burt Yanq 83 yaşında vəfat edib.
Kulis.az "New York Times"a istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
Aktyorun ölümünü qızı Enn Morea Steinqeser təsdiqləyib.
- Rasim Balayev: "Telekanallarımız çox səviyyəsiz şeylər göstərir" - Müsahibə
- "Bizi birləşdirən mədəniyyət" layihəsi bu dəfə Arif Babayevə həsr olundu
- Kənan Hacının yeni kitabı çap olundu
Qeyd edək ki, B.Yanq "Rokki" filmindəki rolu ilə məşhurlaşıb.
Bundan başqa aktyor "Son kod", "Əfsanəvi soyğunçu", "Kevin gözləyə bilər", "Horas və Pit" filmlərində də oynayıb.