Ərimlə yatan qonşum Aybəniz - Namuslu fahişə

Ərimlə yatan qonşum Aybəniz - Namuslu fahişə
20 may 2020
# 15:41

Kulis.az Günay Nərimanın "Namuslu fahişə" hekayəsini təqdim edir.

Hər gün əlimə keçən yeyib-içməyi götürüb, evlərinə gedirəm, bir əskiklikləri, problemləri varmı deyə soruşuram qonşum Aybənizdən. Aybəniz həyat yoldaşından boşanıb, iki körpəsi ilə yaşayır. Uşaqları körpədir deyə işləyə də bilmir. Bəs uşaqları hara qoysun, kimə əmanət etsin? "Bağçaya qoysun", deyəcəksiz, ona da xeyli pul lazımdır.

Dünən özü gəlmişdi bizə, ağladı ki, uşaqlarım acdır, evdə heç nəyimiz yoxdur. Uşaqların atası da baxmır bizə, alimenti də vermir. Bir yekə qazan dolma bişirib hazır qoymuşdum ki, indi dərsə gedirəm, axşama evə qayıdana hazır yeməyim olsun. Axı mən məktəbdə müəllim işləyirəm, uşaqlarım və ərim ac qalmasın mən gələnə qədər. Bu dolmadan bir boşqab doldurub, Aybənizə verdim. Bir neçə dənə də geyinmədiyim donlarım, uşaqlarımın köhnə paltarları vardı, onları da ona verdim. Aybəniz də sevinə-sevinə götürüb getdi. Ona çox yazığım gəlir, hər görəndə nəsə kömək etmək istəyirəm. Axı o, ərsiz və iki körpə uşaq böyüdən bədbəxt qadındır. Mənimsə sadiq ərim, iki gözəl balam var, kimsəyə möhtac deyiləm. Hətta başqalarına da əl tuta bilirəm, xoşbəxtəm.

Səhər-səhər qonşum Aybəniz gəldi ki, anam xəstədir, uşaqlarımı sənin yanında qoyub, anamın yanına gedim. Xəstə adamın yanına uşaq aparmayım, səs-küy salacaqlar. Hər zamankı kimi razılaşdım, uşaqlar gəldi. Öz uşaqlarım kimi yedirdib-içirdirəm, nazlarıyla oynayıram...

Axşam qapı döyülür, qapını açdım ki, ərimdi, işdən gəlir. Yazıq yorğun-arğın özünü masaya güclə çatdırdı. Elə bu vaxt qapı yenidən döyüldü, açdım ki, qonşum Aybənizd. Uşaqları götürməyə gəlib, qolundan tutub çəkə-çəkə masaya gətirdim. "Anasına başı qarışıb yazığın, yeməkmi yadına düşür" - deyə fikirləşdim. Anasını soruşdum, vəziyyətinin dəyişmədiyini dedi. Qanım lap qaraldı, ürəyim ağrıdı.

Aybəniz uşaqlarını da götürüb yenicə getmişdi ki, ərimin telefonuna dalbadal mesajlar gəlməyə başladı. Özü eyvana siqaret çəkməyə çıxdığı üçün, telefonu tesadüfən masanın üstündə unudub. Belə həyəcanla mesaj yazanın kim olduğunu bilmək istədim. Gözucu telefona baxdım ki, qonşum Aybənizin nömrəsidir ekranda. Xeyir olsun, görəsən nə oldu ki, belə dayanmadan mesaj yazır. Əlimi atdım cibimə ki, görüm mənim telefonum sönübmü? Baxdım ki, yox. Mənə nə zəng, nə də mesaj gəlməyib. Aybəniz nəsə olubsa, niyə mənə yazmır, ərimə yazır? Qəribədir...

Mesajı açdım.

Aybəniz: - Murad, mənə aldığın üzük orda qalıb, hamama girəndə çıxardıb güzgünün qabağına qoymuşdum. Təcili get, götür üzüyümü! Başqa adam götürməmiş, mütləq get!

Üzükmü? Nə üzük? Harda qalıb? Niyə Murad götürür? Maraqdan əllərim əsir, ürəyim az qalır yerindən çıxsın. Bir-bir mesajları arxadan-əvvələ oxumağa başlayıram. İndicə gələn bu mesajdan bir öncəki mesaj: Murad: - Harda qaldın? Mən binanın arxasındakı qarajların yanındayam.

Aybəniz: - Həyatım, uşaqları arvadına təhvil verib, gəlirəm.

# 79493 dəfə oxunub

Müəllifin son yazıları

# # #