Rəşad Dağlı ilə bağlı yeni ittiham

Rəşad Dağlı ilə bağlı yeni ittiham
17 aprel 2023
# 11:20

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılan iş üzrə dövlət ittihamını prokuror Orxan Səmədov müdafiə edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Rəşad Dağlının vəkili Elvin Əliyev məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil vəsatəti cinayət işinin matreallarında müvəkkilinin şəxsi və ailə sirləri ilə bağlı epzidlar olması ilə əlaqələndirib.

Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.

Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət rədd olunub.

İş üzrə baxış iclası mayın 1-ə təyin olunub.

# 11674 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #