Rejissor və animator vəfat etdi

Rejissor və animator vəfat etdi
26 aprel 2023
# 19:00

Rusiyalı rejissor, ssenarist və animator Valeri Fomin 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov məlumat verib.

Fomin 1939-cu il aprelin 14-də anadan olub. Kiyevnauçfilm studiyasında animator, Sverdlovsk Kukla Teatrında quruluşçu rejissor kimi işləyib.

1971-1975-ci illərdə və 1980-1989-cu illərdə Sverdlovsk Kinostudiyasının direktoru olub. Rejissor "Meymun və yaylar", "Komar Komaroviçin nağılı", "Pinqvin", "Pike", "Vera və Anfisa haqqında", "Vera və Anfisa yanğını söndürdü" cizgi filmləri ilə tanınıb.

# 969 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #