Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu
29 mart 2018
# 15:01

Hədəf STEM liseyində İnteraktiv Elm Muzeyi yaradılıb.

Liseydən Kulis.aza verilən xəbərə görə, muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Liseydə 200 kv.m. sahə qapalı məkan olaraq muzey üçün ayrılıb.

Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri tanınmış mühəndis Elçin Abbasov, elmi məsləhətçisi Yalçın İslamzadədir.

Birinci mərhənin açılışı aprel ayı üçün nəzərdə tutulur. Açılış günü və həmin tarixdən etibarən şagirdlər muzeyi ziyarət edə, muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumatlar ala bilərlər. Lisey rəhbərliyi əmindir ki, İnteraktiv Elm Muzeyini ziyarət etmək şagirdlər üçün unudulmaz təcrübə olacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.

# 1699 dəfə oxunub

Müəllifin son yazıları

# # #