"Bu gün kino bürokratik çərçivədədir".
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində kinorejissor Hüseyn Mehdiyev deyib. Onun fikrincə, kino haqqında qanun təkmilləşdirilməlidir:
"Kinonun istehsalatı sahibkarlıq fəaliyyəti ilə sintezdədir. 2020-2040-cı illər mədəniyyət strategiyasında kinonun inkişafı məsələsi də öz əksini tapmalıdır. Bundan çıxış edərək qanunvericilikdə bir neçə istiqamətdə dəyişiklik olmalıdır. Bundan əlavə qeyd edim ki, bizim özümüzün də münasibətimiz dəyişməlidir".
- İlin Təbiət Fotoqrafı mükafatının qalibi açıqlandı
- Feminist olub bütün qadınları sevmişəm - Güneydən şeirlər...
- Xalq artisti koronavirusdan sağaldı
"Tenderlər kino sənayesinə maneə törədir", - deyə o, çıxışı zamanı qeyd edib.