#

Culiya Robertsə Fransadan fəxri mükafat

Culiya Robertsə Fransadan fəxri mükafat
2 oktyabr 2024
# 12:28

"Pretty Woman" (Gözəl qadın) filmi ilə şöhrət qazanan Oskar mükafatlı aktrisa Culiya Roberts Fransada keçirilən Sezar Mükafatlarında fəxri mükafat alacaq.

Kulis.az xəbər verir ki, Fransanın Oskarları olaraq xarakterizə edilən Sezar Mükafatları 50-ci dəfə sahiblərini tapacaq. Fevralın 28-də Parisdə keçiriləcək mərasimdə Hollivud ulduzu Culiya Robertsə fəxri mükafat veriləcək.

Qeyd edək ki, 1990'da "Pretty Woman" (Gözəl qadın) filmindəki Vivian Ward rolu ilə çıxış edən Roberts "My Best Friend's Wedding", "Notting Hill", "The Pelican Affair", "Erin Brockovich" ve "Alone Against All" kimi filmlərdə də rol alıb.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #