Reanimasiyaya düşən Xalq artistinin son vəziyyəti

Reanimasiyaya düşən Xalq artistinin son vəziyyəti
28 noyabr 2024
# 15:42

Xalq artisti Sadıq Zərbəliyev noyabrın 15-də Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsinə qəbul edilib.

Kulis.az xəbər verir ki, xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu qoyulub.

Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bugün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır. Lent.az

# 424 dəfə oxunub

Müəllifin son yazıları

# # #