Rassel Kroudan etiraf: "Maltada kişiyə çevrildim"

Rassel Kroudan etiraf: "Maltada kişiyə çevrildim"
1 iyul 2025
# 14:40

2000-ci ildə çəkilən və Oskarda Ən yaxşı filmdə daxil olmaqla beş mükafat qazanan “Qladiator” filminin ulduzu Rassel Krou illər sonra film haqqında etiraf edib.

Kulis.az xəbər verir ki, aktyor “Qladiator” filminin çəkildiyi Malta haqqında danışıb.

Rassel Krou Maltanın hər şeyini sevdiyini deyib: “26 il əvvəl Maltada kişiyə çevrildim. Ondan əvvəl çəkdiyim filmlərin heç biri “Qladiator” qədər möhtəşəm, büdcəli və əlçatan deyildi. Asan bir iş deyildi. Hər gün mübarizə aparmalı idim – elə filmimdəki obrazın yolçuluğu kimi. Və bəzən təsirli bir şey etmək üçün şanslı olursan."

# 240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #