Rasim Balayev haqqında videomaterial hazırlanıb

Rasim Balayev haqqında videomaterial hazırlanıb
8 avqust 2023
# 11:00

Bu gün Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan Xalq artisti Rasim Balayevin doğum günüdür.
Kino tariximizdə Babək, Nəsimi, Cavid kimi tarixi obrazlarla yadda qalan Xalq artistinin 75 yaşı tamam olur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Rasim Balayevin 75 illik yubileyi münasibətilə Xalq artistinin həyat və yaradıcılığından bəhs edən geniş videomaterial hazırlanıb.

Kulis.az xəbər verir ki, materialda aktyorun həyat və fəaliyyəti, yerli və beynəlxalq səhnələrdə qazandığı uğurlar haqqında məlumatlar öz əksini tapıb.

Böyük və çətin rollardan əlavə, Rasim Balayevin “Bu şirin söz, azadlıq”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə epizodik rolları canlandırdığı da diqqətə çatdırılıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Rasim Balayevin rol aldığı filmlərdən fraqmentlər, dillər əzbəri olan sitatlar təqdim olunur.

# 684 dəfə oxunub

Müəllifin son yazıları

# # #