Məşhur müğənni İsraildəki konsertindən imtina etdi

Məşhur müğənni İsraildəki konsertindən imtina etdi
25 dekabr 2017
# 09:59

Yeni zelandiyalı müğənni Lorde gələn il iyun ayına Tel-Əvivdə keçirilməsi planlaşdırılan konsertindən imtina edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə məlumatı Naranjah adlı prodüser şirkəti yayıb.

İki dəfə Grammy mükafatı qazanmış yeni zelandiyalı müğənni Lorde bundan əvvəl Tel-Əvivdə keçirməyi planlaşdırılan konsertini ləğv etməyi düşündüyünü bildirmişdi. Lakin onun fanatları xahiş etmişdilər ki, müğənni Yerusəlimin statusu barədə yaranmış diplomatik böhrana neytral yanaşsın.

“Təəssüflə qeyd etməliyik ki, Lordeninin İsraildə keçirilməsi planlaşdırılan konserti ləğv edilir.” – prodüser şirkəti bəyan edib. Biletin pullarının 14 içində qaytarılacağı bildirilib.

# 1640 dəfə oxunub

Müəllifin son yazıları

# # #