Rasim Balayev: "Bu, gedənin arxasınca danışmaq deyil..."

Rasim Balayev:  "Bu, gedənin arxasınca danışmaq deyil..."
20 aprel 2023
# 12:30

"Neçə illərdir bizi toplayıb bir soruşmurdular ki, Azərbaycan kinosu hansı problemləri yaşayır, həlli yolları nədir".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib.

"Nəhayət ki, biz bu gün toplaşdıq. Mən bundan çox məmnunam. Bu, gedənin arxasınca danışmaq deyil, amma təəssüf ki, neçə illərdir bizi bir yerə toplayıb problemlərimizi soruşan yox idi. Təklif edirəm ki, “Azərbaycanfilm” kinostudiyası bir neçə il dövlət dotasiyasında olsun. Bu həmişəlik deyil, özünə yol tapana qədər maliyyə köməyi olmalıdır ki, o, ümumi kino bazarına qatılana qədər dəstəklə təmin olunsun", - deyə Xalq artisti qeyd edib.

# 2016 dəfə oxunub

Müəllifin son yazıları

# # #