Məşhur bəstəkar Cim Parker vəfat etdi

Məşhur bəstəkar Cim Parker vəfat etdi
31 iyul 2023
# 18:47

BAFTA mükafatı laureatı Cim Parker 88 yaşında vəfat etdi.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bəstəkar uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

60 illik karyerası ərzində Parker ingilis şairi və yazıçısı Con Betjeman ilə dörd musiqi albomu buraxıb.

Parker 1934-cü ildə Hatlpul şəhərində anadan olub. Musiqi karyerasına qoboy ifaçısı kimi başlayıb.

1959-cu ildə Londonda Musiqi və Dram Məktəbində gümüş medal qazandıqdan sonra fəxri fərmanla təltif edilib.

"Traveling Light" (2016) və "Sonatina" (2022) onun son əsərləridir.

Bafta mükafatlı bəstəkar Cim Parker 88 yaşında vəfat edib, ailəsi elan edib (Suzie Maeder/PA)

# 790 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #