Ramil Əhmədin yeni kitabının təqdimatı keçiriləcək

Ramil Əhmədin yeni kitabının təqdimatı keçiriləcək
25 iyun 2022
# 12:40

Şair, esseist Ramil Əhmədin yeni kitabının təqdimat və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, təqdimat iyunun 25-i, saat 17:00-da "Libraff" kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz) baş tutacaq.

"Abşeron yarımadamı" adlı kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər toplanıb.

"Parlaq İmzalar" nəşriyyatında işıq üzü görən kitabın redaktoru Aqşin Yeniseydir. Cilddəki rəsm Anar Hüseynzadəyə məxsusdur.

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

# # #