“Qürur və qərəz” tamaşası nümayiş olunacaq

“Qürur və qərəz” tamaşası nümayiş olunacaq
27 yanvar 2023
# 12:30

Yanvarın 28-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.

Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Əsər əsasında dünya kinematoqrafçıları onlarla film çəkiblər. Bu əsər eyni zamanda bir çox dünya teatrlarının repertuarına daxil edilib.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 819 dəfə oxunub

Müəllifin son yazıları

# # #