"Qorqud" ansamblının bərpası məsələsinə baxılacaq

"Qorqud" ansamblının bərpası  məsələsinə baxılacaq
28 fevral 2023
# 14:30

"Qorqud" ansamblının fəaliyyətinin bərpası məsələsinə Mədəniyyət Nazirliyi səviyyəsində baxılacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, , bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə baxılmasını xahiş edib.

Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli öz növbəsində ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

# 990 dəfə oxunub

Müəllifin son yazıları

# # #