“Qobustan” Dərgisinin Cənubi Azərbaycan sayı işıq üzü gördü

“Qobustan” Dərgisinin Cənubi Azərbaycan sayı işıq üzü gördü
13 dekabr 2023
# 13:20

“Qobustan” Sənət Toplusunun Qış sayı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, dərginin bu sayı Cənubi Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənətinə həsr olunub.

Dərginin baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva Cənubi Azərbaycan mövzusunun “Qobustan” üçün ənənəvi və doğma olduğunu qeyd edib: “Ötən il Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayından sonra İdarə Heyətinin toplaşdığı ilk Plenumda belə qərara alındı ki, dərigimizin bu il üçün bir sayı Cənubi Azərbaycan mövzusuna həsr olunsun. Təxminən bir ilə yaxın müddətdə bu yolda araşdırmalar aparıb, müəlliflərlə müzakirələr edib, bu sayı hazırladıq və artıq oxucularımızın ixtiyarına verdik. Əlbəttə, bu elə dərin və ağrılı mövzudur ki, bir sayda onu əhatə etmək mümkünsüzdür. Daha əvvəllər də dərginin Cənub sayları nəşr edilib. İndi də əlimizdə olan maraqlı məqalələr var ki, növbəti saylarımızda da yer alacaqlar”.

Dərginin bu sayında Cənubi Azərbaycan ədəbiyyatı, musiqisi, rəssamlığı, xalçaçılığı, memarlığı, kinosu haqqında müxtəlif sevilən müəlliflərin esse və məqalələri yer alıb... Həmçinin bu sayda “Söz gənclərdə” layihəsi çərçivəsində üç ayrı yazı oxuculara təqdim olunub. Bu dəfə gənclər “Nurəngiz Gün yaradıcılığında Cənub ağrıları”, “Cənubi Azərbaycan - kinoda”, “Mərziyyədən Nərgizə” mövzularında apardıqları araşdırmaları qələmə alıblar. Layihədə iştirak edən yüzdən çox gəncin 20-nin komanda işinin nəticəsi dərgi səhifələrini bəzəyib.

Qeyd edək ki, “Qobustan” dərgisinin gələn il üçün ilk nömrəsi Türkiyənin “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşma əsasında “Türkiyə özəl sayı” olaraq oxuculara təqdim ediləcək.

# 863 dəfə oxunub

Müəllifin son yazıları

# # #